Главная > Maraqlı > "Həmrəy könüllü" layihəsi çərçivəsində Masallı Regional Asan Xidmət Mərkəzinə səfər

"Həmrəy könüllü" layihəsi çərçivəsində Masallı Regional Asan Xidmət Mərkəzinə səfər


5-07-2022, 18:23. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin gəncləri "Həmrəy könüllü" layihəsi çərçivəsində Masallı Regional Asan Xidmət Mərkəzinə səfər edib.

Səfər çərçivəsində gənclər ASAN Xidmət Mərkəzi ilə yaxından tanış olublar. Mərkəzin əməkdaşı-könüllülər üzrə məsul şəxs Elmin Şəbiyev gənclərə  mərkəz daxilində fəaliyyət göstərən qurumların iş prosesi haqqında məlumat verib,  ASAN könüllülərinin gördükləri işlər haqqında danışıb.

Daha sonra GİKM-in Masallı nümayəndəliyinin gəncləri ASAN İncəsənət Məktəbi ilə yaxından tanış olub, ASAN könüllüsünün əl işlərindən ibarət sərgidə istirak ediblər.

Sonda GİKM-in Masallı nümayəndəliyinin əməkdaşı Orxan Əliyev ASAN könüllülərinə nümayəndəliyin fəaliyyəti, könüllülərin iş prosesi haqqında  məlumat verib, gənclərin suallarını cavablandırıb.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад