Главная > Maraqlı > “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzi necə yarandı?

“İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzi necə yarandı?


6-07-2022, 10:23. Разместил: admin44

18 iyun 2022-ci il tarixində Bioloji Təbabət Klinikasında böyük bir tarixi gün yaşandı. Belə ki, həmin gün Bioloji Təbaəbət Klinikasının bazasında fəaliyyət göstərən “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzi Sağlamlıq və Ekologiya Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Baş Assambleyasının strukturuna qəbul edildi.
Bu tarixi günlə bağlı biz, Bioloji Təbvabət Klinikasının təsisçisi və baş direktoru, dəyərli ziyalı Elxan Yaqubovla həmsöhbət olduq. Tarixi hadisə haqqında onun dedikləri:

- Bu uğurlu yol artıq 1998-ci ildə “Planeta” şirkətinin təsisi ilə başlayıb. Belə ki, həmin vaxtdan Alman istehsalı preparatlarının satışı ilə məşğul olan bizim “Planeta” MMC 2001-ci ildə HEEL şirkəti və Baden-Badendə yerləşən “Antihomotoksik Cəmiyyət” ilə tanış oldu. Fikirlərimiz üst-üstə düşdü. Və elə həmin vaxtdan İnteqrativ Tibbi Azərbaycanda inkişaf etdirmək qərarına gədik.
Beləliklə, 2002-ci ildə Lənkəranda ilk dəfə Antihomotoksik Cəmiyyətin xətti ilə Beynəlxaq dərəcəli seminar təşkil etdik. Bu seminar çox yaxşı qarşılandı. 2001-ci ildən bu günədək, əsasən Almaniyadan olmaqla, müxtəlif xarici ölkələrdən 57 mühazirəçi, o cümlədən, İnteqrativ Tibb üzrə beynəlxalq dərəcəli lektorlar yüzlərlə seminar, konfrans, master-klass vasitəsilə Azərbaycan həkimlərinin tibbin bu sirlərinə yiyələnməsində mühüm rol oynamağa başladı.

İlk tədbirlər şirkətin kiçik mühazirə zalında, modullar isə (Modul A,B,C) böyük otellərin konfrans zallarında təşkil olunurdu. Zaman keçdikcə artıq tam İnteqrativ müalicəni tətbiq etmək üçün tək xarici lektorların mühazirələri kifayət etmədi. Buna görə də davamlı tədris üçün yerli kadrların İnteqrativ Tibb üzrə ixtisaslaşmasına başlanıldı və 100-dən çox həkim Almaniyada ixtisaslaşma kursunda oldu. Bu həkimlər, 2006-cı ildən başlayaraq, həm Bakıda, həm də bölgələrdə həkimlərin İnteqrativ Tibb üzrə təkmilləşməsi üçün artıq tədrisə başladılar. Onu da vurğulayım ki, İnteqrativ Tibb - xəstənin sağalması naminə tibbin bütün sübut olunmuş üsullarını özündə birləşdirir. Hal-hazırda 6000-dən çox Azərbaycan həkimi Bioloji Təbabət üzrə kursu müvəffəqiyyətlə bitirib və Azərbaycanın ayrı-ayrı xəstəxanalarında, poliklinikalarında, hospitallarında çalışırlar.
Bütün bu illərdə biz, Bioloji Təbabət MMC-nin rəhbərliyi olaraq, həkimlərlə yanaşı, əhalinin də tibbi maarifləndirilməsi sahəsində xeyli işlər görürük. Belə ki, uzun illərdir Azzərbaycan televiziyalarında “Ailə həkimi”, “ Həkimsən”, “Çox yaşa”, “Həkim işi”, “Cangüdən”, “Bioloji Təbabət”, “Sağlam ol” televiziya verilişlərində qonaq olan həkimlərimiz sağlamlıq problemi olan insanların tibbi maariflənməsində, müalicə üçün düzgün və peşəkar həkim seçimində bilik və bacarıqlarını əsirgəməyiblər. Bizim Bioloji Təbabət həkimlərinin xroniki xəstəliklərin müalicəsində əldə etdiyi uğurlar qardaş Türkiyənin Televiziya kanallarının da marağına səbəb olub. Belə ki, həkimlərimiz ATV Avropa, Kanal D, TV 8,5 İnternasional kanallarındaki çıxışları vasitəsilə öz uğurlarını türk tamaşaçıları ilə də bölüşüblər və bölüşürlər. Beləliklə, Bioloji Təbabət Klinikasının peşəkar həkimlərinin xroniki xəstəliklərin müalicəsində qazandığı uğurlar əhali arasında orqanizmə zərər verməyən bu təbabətə inam və rəğbəti getdikcə artırıb. Ona görə də bizə müraciət edən xəstələr həddindən artıq çoxdur.
Artıq bizdə ixtisaslaşmış həkim qrupu formalaşıb. Onlar öz işlərinin peşəkarıdırlar. İnteqrativ Tibbin uğurlu nəticələrinin əsaslarından biri də həkimlərin məhz komanda kimi çalışmasıdır. Onları bir komandada cəm etmək, xroniki, o cümlədən, autoimmun xəstəliklərin müalicəsində uğurlu nəticələr əldə etmək və alınan uğurlu nəticələri əyani olaraq digər həkimlərə çatdırmaq üçün belə qərara gəldik ki, Azərbaycanda Bioloji Təbabət Klinikaları açaq.
Beləliklə, 2009-cu ildə Bakıda, 2012-ci ildə Göyçayda, 2013-cü ildə- Sumqayıtda, 2018-ci ildə isə Masallıda Bioloji Təbabət klinikalarımız fəaliyyətə başladı. Bu klinikaların fəaliyyətində Almaniya, Kolumbiya, İsveçrə və digər inkişaf etmiş ölkələrin Bioloji Təbabət klinikalarının təcrübəsindən istifadə edilir.

Mən bir məsələni də vurğulamaq istəyirəm ki, bəzi xəstəliklərin yaranmasında genetik amilin rolu da az deyil. Bioloji Təbabət Klinikası bu sahədə də Azərbaycan səhiyyəsinə öz töhfəsini verib. Klinikanın nəzdində yaradılan və Beynəlxalq standartlara cavab verən Afgen Genetik Diaqnoz Mərkəzi irsi xəstəliklərə vaxtında diaqnoz qoyulmasında da uğurlu işlər görür.
2009-cü ildə fəaliyyətə başlayan Bioloji Təbabət Klinikasında elə ilk gündən Antihomotoksik Cəmiyyətin, jurnal redaksiyasının, nəşrlərin, tərcümələrin, konfransların, sərgi, master –klass və sairə tədbirlərin koordinasiya mərkəzi olan Elmi Şöbə də fəaliyyətə başladı. İnteqrativ Tibbin sirlərini araşdırmaq, fikir mübadiləsi aparmaq üçün Azərbaycanda bu sahənin müxtəxəssislərindən ibarət Bioloji Terapiya və Antihomotoksik Terapiya Cəmiyyəti yaradıldı.

2013-cü ildən tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli Antihomotoksik Cəmiyyətin sədri təyin edilib. Artıq neçə ildir ki, Cəmiyyətin “Bioloji Təbabət” adlı jurnalı da nəşr olunur. Həkimlər üçün nəzərdə tutulan bu jurnalda bioloji təbabət barədə elmi məqalələr, həkimlərin müxtəlif xəstəliklərin müalicəsində əldə etdiyi uğurların praktik nümunələri də dərc olunur. Eləcə də dünyanın bioloji təbabət üzrə ən məşhur həkimlərinin təcrübələrini də jurnal vasitəsilə yayırıq.

Həmin yazıları oxucular da böyük maraqla oxuyur və tibbi maariflənirlər. 2014-cü ildən Bioloji Təbabət Klinikasının uğurlu nəticələrinə söykənərək, biz, İnteqrativ Tibbi bütün Azərbaycan həkimlərinə çatdırmaq qərarına gəldik. Bu məqsədlə 2014 ci ildən Elmi-Tədqiqat (ETİ) yaranmasına dair hazırlıq işlərinə başlandıq. Bu məqsədlə inkişaf etdirilən sahələrdən biri də Tibbi turizm oldu. İnteqrativ Tibbin uğurlu nəticələrinin sorağını alan İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya, Türkiyə, Qazaxıstan, Rusiyadan bir çox xarici vətəndaşlar klinikamıza gəldi. Onlar illərdir çarpışdığı xroniki, sağalmaz xəstəliyin şəfasını məhz Azərbaycanda , bizim Bioloji Təbabət Klinikasında tapdılar. Bu faktlar klinikamızın Azərbaycanın tibbi turizm sahəsinə verdiyi töhfələrin bariz nümunəsidir. Pandemiyadan sonra artıq çoxlu xarici ölklərədən bizə xəstələr gəlib, müalicə olunurlar.
Nəhayət, bütün bu çalışmaların məntiqi nəticəsi olaraq 18 iyun 2022-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin Baş Assambleyası klinikanın bazasında fəaliyyət göstərən “ İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzini öz strukturuna qəbul etdi. Bu da artıq bizim üçün böyük tarixi hadisə oldu. Eyni zamanda, tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki seçildi. Onu da vurğulayım ki, professor Fikriyyə İbrahimli həmin Beynəlxalq Elmlər Akademiyasının rəyasət heyətinin baş katibi də seçilib. Beləliklə, 1998-ci ildən başladığımız bu müqəddəs yol, artıq böyük uğurlara imza atır. Biz sevinirik ki, xalqımızın sağlamlığı keşiyində biz də möhkəm durmuşuq və əlimizdən gələni edirik, xalqımız sağlam olsun. Çünki insanın dünyada ən böyük var-dövləti və xoşbəxtliyi onun sağlamlığıdır.

Mən bir maraqlı və tarixi məsələni də oxuculara bildirmək istəyirəm Belə ki, Sağlamlıq və Ekologiya üzrə Beynəlxalq Elmlər Akademiyasının prezidenti, dünyada tanınan professor Volter Koflerin başçılıq etdiyi nümayəndə heyəti bu Akademiyanın Azərbaycan bölməsinin 20 illik yubileyi münasibətilə 17-19 iyun 2022-ci il tarixlərində ölkəmizdə olublar.

Onu da vurğulayım ki, sözügedən Akademiyanın Azərbaycan bölməsi akademik Cəlal Əliyev tərəfindən 2001-ci ildə təsis edilib. Bu Beynəlxalq Akademiya dünyanın ən böyük akademik birliyi olmaqla yanaşı tərkibində 1500-dən çox akademik var, bunların da 119 nəfəri Nobel mükafatı laureatıdır. Bəli. Bizim üçün böyük hadisədir ki, bizim “ İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzi də artıq bu Akademiyanın tərkibində fəaliyyət göstərəcək.

Onların bu səfərdə məqsədlərindən biri də Bioloji Təbabət Klinikasının nəzdində fəaliyyət göstərən “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzini həmin sözügedən Akademiyanın strukturuna daxil etməsi idi. Bu da reallaşdı.
Səfər proqramına uyğun olaraq nümayəndə heyəti 19 iyun 2022-ci il tarixində bizimlə birlikdə Masallı rayonuna səfər etdilər. Qonaqlar əvvəlcə, Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər. Abidə önünə gül dəstələri qoyuldu, Ulu Öndərin xatirəsi ehtiramla yad olundu. Həmçinin, Masallı şəhərinin Qəhrəmanlar Parkında “Şəhidlər abidə kompleksi” ziyarət olunaraq, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edildi. Daha sonra Masallı Bioloji Təbabət Klinikasına səfər edən nümayəndə heyəti klinikanın diaqnostik-laborator imkanları ilə yaxından tanış oldular, pasiyentlərə yaradılan imkanları lazım olan səviyyədə öyrəndilər.

Masallı Bioloji Təbabət Klinikasına səfərində professor Volter Kofleri Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, Respublikanın Əməkdar geoloqu, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, professor Elçin Xəlilov, Azərbaycan Tibb Universitetinin əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, ölkəmizin ilk və yeganə qadın əczaçılıq elmləri doktoru, professor Məhbubə Vəliyeva, Azərbaycan Tibb Universitetinin professoru, Əməkdar həkim, Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli və mən, Bioloji Təbabət Klinikalarının təsisçi direktoru kimi, müşayiət etdik.
Həmin səfərlə bağlı təəssütlarını bölüşən dünya şöhrətli professor Volter Kofler bu qonaqpərvərliyə görə hamımıza təşəkkür etdi, ölkəmizin regionlarında vətəndaşların keyfiyyətli tibbi xidmətə əlçatanlığı üçün yaradılan belə yüksək şəraitdən məmnunluğunu bildirdi, klinikanın işinə uğurlar arzu elədi.

Bəli. Çox sevindirici haldır ki, 1998-ci ildən Elxan Yaqubovun başladığı bu böyük nəcib iş də artıq özünün bəhrəsini verir. Belə ki, “ İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzinin direktoru seçilmiş Elxan Yaqubov bütün bu illərdəki fəaliyyətinə görə qurumun qızıl döş nişanı ilə təltif edilib. Bu mükafat da elə bütün Bioloji Təbabət Klinikalarında çalışan işçilərin əməyinə verilən böyük qiymətdir.
Beləliklə, Azərbaycan Respublikasında Qeyri-İnfeksion Xəstəliklərlə Mübarizəyə dair “İnteqrativ Təbabət Elmi Araşdırmalar” Mərkəzinin yaradılmasına həsr olunmuş tədbirdə aşağada adları yazılan insanlar çıxış etdilər:
Elxan Yaqubov – Bioloji Təbabət Klinikasının təsisçi direktoru.
Səbirə Yaqubova – Bioloji Təbabət Klinikasının direktor müavini.
Dilarə Məmmədova - Bioloji Təbabət Klinikasının İnsan resursları departamentinin direktoru.
Yeganə Heydərova – pediatr, Bioloji Təbabət Klinikası, Elmi şöbənin əməkdaşı.
Fikriyyə İbrahimli – akademik, professor, tibb üzrə elmlər doktoru, terapevt.
Akif Qurbanov –professor, tibb üzrə elmlər doktoru, mikrobioloq. ATU-nun müəllimi.
Rafiq Quliyev - professor, tibb üzrə elmlər doktoru, qastroenteroloq, Bakı Klinikasının həkimi.
Natiqə Xudaverdiyeva - tibb üzrə fəlsəfə doktoru, infeksionist, ATU-nun müəllimi.
Fidan Əlirzayeva - tibb üzrə fəlsəfə doktoru, pediatr-allerqoloq, Bioloji Təbabət klinikasının həkimi.
Gülnar Quliyeva – terapevt-osteopat, Bioloji Təbabət klinikasının baş həkimi.
Kəmalə Həsənova – həkim-homeopat, Respublika Xalq Təbabəti Mərkəzininin həkimi.
Arzu Quliyeva - qastroenteroloq, Bioloji Təbabət Klinikasının həkimi.
Arzu Musayeva - terapevt, Bioloji Təbabət Klinikasının həkimi.
Rəna Niftəliyeva - onkoloq, Bioloji Təbabət Klinikasının həkimi.
Aygün Məmmədova - nevroloq-osteopat, refleksoterapevt , Bioloji Təbabət Klinikasının həkimi.
Cəmilə Qurbanova - “Planeta” Şirkətinin baş menecerinin müavini.
Çıxış edənlərin də hər biri Bioloji Təbabət Klinikasının bu uğurlu yolu necə keçmələri haqqında özlərinin maraqlı fikirlərini dedilər. Hər birinin də çıxışları çox maraqla, sürəkli alqışlarla qarşılandı.
Məşhur alman şairi, dövlət xadimi, mütəfəkkiri Yohann Volfqanq Hötenin belə bir maraqlı kəlamı var: “İnsanlar əvvəl pul qazanmaq üçün sağlamlıqlarını, sonra da sağlamlıqlarını qazanmaq üçün pullarını verirlər”. Ona görə də gəlin öz sağlamlığımızı cavanlıqdan qoruyaq ki, sonra peşiman olmayaq.




Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад