Главная > Maraqlı > “Şuşa ili”nə həsr olunmuş muğam festivalında iştirak edən həmyerlimiz “Fəxri Fərman”la təltif edilib.

“Şuşa ili”nə həsr olunmuş muğam festivalında iştirak edən həmyerlimiz “Fəxri Fərman”la təltif edilib.


6-07-2022, 16:45. Разместил: admin44

Masallı Onbirillik İncəsənət Məktəbinin şagirdi Əzizli Yusif Eldəniz oğlu “Şuşa ili”nə həsr olunmuş Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə Mədəniyyət Nazirliyi tərəfindən keçiriən muğam festivalında fərqləndiyinə görə “Fəxri Fərman”la təltif olunub.

İyulun 6-da “Fəxri Fərman” Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tərəfindən Əzizli Yusif Eldəniz oğluna təqdim edilib. Təqdimat zamanı çıxış edən idarə rəisi bu münasibətlə Əzizli Yusif Eldəniz oğlunu təbrik edərək, uğurlarının davamlı olnmasını arzulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının və “Şuşa ili” ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli 124S nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə keçirilən Muğam Fevtivalına iyunun 29-da yekun vurulub.

2 yaş qrupu (9-12 və 13-17 yaş) üzrə respublikanın şəhər və rayonlarından istedadlı şagirdlərin qatıldığı festivalın birinci mərhələsi regionlar üzrə keçirilib. Bu mərhələdə 1-ci yerlərin qalibləri Bakı şəhərində keçirilən final mərhələsində iştirak etmək hüququ qazanıblar.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад