Главная > Maraqlı > İcbari tibbi sığorta haqqında Masallıda maarifləndirmə tədbiri

İcbari tibbi sığorta haqqında Masallıda maarifləndirmə tədbiri


6-07-2022, 16:49. Разместил: admin44

6 iyul 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Xəstəxanasında Masallı Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Lənkəran filialı ilə birlikdə icbari tibbi sığorta haqqında maarifləndirmə tədbiri keçirilmişdir.

İclasda əvvəlcə ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri açan Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova iştirakçıları salamlayaraq icbari tibbi sığortanın günün ən vacib məsələsi olduğunu vurğulamışdır.

Mövzu ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Agentliyin Lənkəran filialının rəhbəri Sadiq Dadaşov icbari tibbi sığorta haqqında ümumi məlumat verərək, icbari tibbi sığortanın haqları, xidmətlər zərfində təminat verilən tibbi xidmətlər, “TƏBİB”in tabeliyindəki Dövlət tibb müəssisələri barədə, tibbi xidmətlərdən istifadə, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası barədə danışmışdır.

Verilən suallar cavablandırılmışdır.






“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад