Главная > Maraqlı > Qoşulmama Hərəkatı qloballaşan dünyada önəmli gücə çevrilir

Qoşulmama Hərəkatı qloballaşan dünyada önəmli gücə çevrilir


7-07-2022, 08:45. Разместил: admin44


“Qoşulmama Hərəkatında sədrliyimiz COVID – 19 ilə üst - üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oyna­yan ölkələrdən biri idi. Biz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdik, onu 2020-ci ilin may ayında keçirdik və bu, pandemiya ilə mübarizə ilə bağlı yaxşılaşmada səylərimizin Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən səfərbər edilməsi üçün ilkin addımlar­dan biri idi”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunmuş Bakı konfransındakı çıxışında bildirib.

Dövlət başçısının qeyd etdiyi kimi, bunun nəticəsində Azərbaycan 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID –19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assamble­yasının xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüs irəli sürdü. Bu səylər təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdi, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümum­dünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu. Prezident İlham Əliyev vurğuladı ki, üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra biləcək istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir. Biz 80-dən çox ölkəyə maliyyə və humanitar yardım etmişik. Həmçinin biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etmişik və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Dövlət başçımız dedi: “Beləliklə, COVID – 19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuş­dur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik. Ha­mımızın xatirindədir ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Biz hamımız digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələrin peyvəndlərin mütləq əksəriyyətindən istifadə etdiyinin şahidi olduq. Buna görə də bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Birləşmiş Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir”.

Qeyd edək ki, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz möv­qeyini açıq nümayiş etdirib. Dövlət başçısının dediyi kimi, əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüqu­qun pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik: “Biz, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq. Qeyd etdiyim kimi, Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi. Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi”.

Dövlət başçımızın vurğuladığı kimi, biz qalib olduq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, cəsur əsgərlərimizin şücaəti sayəsində torpaqlarımızı mənfur düşmənin tapdağından azad etdik. Biz haqq uğrunda, öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Bəzi ölkələrin Azərbaycana qarşı kampaniyaya – qarayaxma, böhtan və şantaja başlamalarına baxmayaraq, qalib xalq olduq. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulma­ma Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı, ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.

Xalqımız gücü, bacarığı, dövlət başçımı­zın “dəmir yumruğu” sayəsində Qarabağımızı işğaldan azad etdi. Bakı konfransında Prezident bu barədə qürurla, fəxrlə, qalib xalqın rəhbəri, sərkərdəsi kimi söz açdı. Biz də qürurlandıq. “Cənab Prezident, Allah sizi qorusun!” – dedik.



Arzu BAĞIROVA,
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад