Главная > Maraqlı > Etnik azlıqlarda ədət-ənənlərin inkişafı və təbliği

Etnik azlıqlarda ədət-ənənlərin inkişafı və təbliği


8-07-2022, 19:45. Разместил: admin44
 
Masallı Tarix-Diyarşünaslıq Muzeyi Mahmudavar kənd Folklor evinin birgə təşkilatçılığı ilə “ Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən “Etnik azlıqlarda adət -ənənələrinin inkişafı və təbliği“ mövzusunda tədbir keçirilib.
         
Tədbirdə adı çəkilən müəssisə  nümayəndələri, Mahmudavar kənd tam orta məktəbinin müəllim və şagirdləri, kənd sakinləri iştirak etdilər.
 İlk öncə Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
           
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva BMT-nin Konvensiyalarına qoşulan Azərbaycanın mədəni müxtəlifliyinin tanınmasına əsaslanaraq həmrəliyə nail olmağa göstərdiyi səydən geniş danışdı. Ə. Tağıyeva xatırlatdı ki, “Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında  Konvesiya “ ya qoşulan Azərbaycan Ulu öndər Heydər Əliyevin, eyni zamanda bu siyasətin uğurlu davamçısı İlham Əliyevin imzaladığı qanunlarla Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyətləri, incəsənəti və adət-ənənələri, eləcə də dillərinin qorunub saxlanması üçün məqsədyönlü işin təməlini qoyanlar olmuşlar.
             
Muzeyin elmi işçisi Dilgüşə Məmmədova “ Ölkəmizdə yaşayan etnilk azlıqlar- adət-ənənələrin inkişafı və təbliği” mövzusunda geniş məruzə etdi.
 Sonra  Mahmudavar kənd Folklor evinin rəhbəri Natavan Əliyeva  ,Mahmudavar kənd tam orta məktəbin direktoru Kinəxanım Əliyeva mövzu ətrafında geniş çıxış etdilər.Çıxışlarında fərqli  din və  mədəniyyətlərin qovşağında yerləşən unikal coğrafi, geosiyasi və mədəni məkan olan ölkəmizdə müxtəlif etnik xalqların yaşayan nümayəndələrinin etnik- dini birliklərin qarşılıqlı münasibəti, mədəniyyəti, bölgə folkloru, adət, məişət tərzini müxtəlifliyinin vəhdətindən yaranan mədəniyyətindən danışdılar.
         
Tədbirin sonunda Halay xalq folklor kollektivin  ifasında  bölgənin azsaylı xalqları olan talışların məişətini özündə əks etdirən adət-ənənlərindən səhnələr nümayiş etdirildi.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад