Главная > Maraqlı > Şəhid mayor Anar Novruzovun anım günü

Şəhid mayor Anar Novruzovun anım günü


14-07-2022, 17:31. Разместил: admin44

İyulun 14-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, şəhid mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Anar Novruzovun (12.05.1976-14.07.2020) anım günü qeyd olunub.

A.Novruzovun şəhadətə yüksəlməyinin ikinci ildönümü mərasimi şəhidin məzarı önündə keçirilib. Tədbirdə rayon rəsmiləri, şəhidin doğmaları, hərbçi yoldaşları, müharibə iştirakçıları, qəsəbə sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhid zabitin məzarı üzərinə gül dəstələri düzülüb.


Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, anım tədbirində yazıçı-publisist Nurəddin Ədiloğlu şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edib.

Masallı Rayon İcra Hakimiyyəti başçısnın müavini Adəm Məhərrəmov,  millət vəkili Məşhur Məmmədovun köməkçisi Əli Nağıyev, şəhidin hərbçi yoldaşı, ehtiyatda olan polkovnik-leytenant Elmir Hüseynov, Masallı Bioloji Təbabət Klinikasının direktoru Sevindik Becanlı, “Kapitalbank”ın Masallı filialının müdiri İqbal Quliyev, hərbçi-jurnalist Mahir Cavadlı, “Cənub.az” xəbər portalının rəhbəri Zahir Əmənov, şair Məmməd Əvəzoğlu, QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov və başqaları İyul  döyüşlərinin əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdən, şəhid Anar Novruzovun Aprel və Tovuz döyüşlərində göstərdiyi şücaətindən söz açıblar, onun qəhrəmanlıq nümunəsinin hər birimiz, xüsusilə gənclər üçün böyük fəxr və örnək olduğunu bildiriblər.
Şəhidin əmisi Bəyverdi Novruzov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Daha sonra ehsan süfrəsi açılıb, şəhidin ruhuna dualar oxunub.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад