Главная > Maraqlı > “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi


14-07-2022, 17:35. Разместил: admin44

14 İyul 2022 ci il tarixində “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi qazisi Əhədov Əmrah Vahid oğlunu ziyarət ediblər. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirdi.

Əhədov Əmrah Vahid oğlu 24 Mart 2002 ci il tarixində Masallı rayonunun Yeni-Zuvand kəndində anadan olmuşdur. 2008-2019 ci illərdə Masallı rayon Yeni-Zuvand kənd tam orta məktəbində təhsil almışdır. 2020 ci ilin Aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 07 Oktyabr 2021 ci il tarixində ordu sıralarından tərxis olunub.

Əhədov Əmrah Vahid oğlu 27 sentyabr 2020-ci il tarixində ll Qarabağ Müharibəsində Qubadlı, Laçın rayonlarının, həmçinin Talış kəndinin və Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qazimiz sol ayağından ağır yaralanmışdır. Subaydır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Əhədov Əmrah Vahid oğlu “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi İştirakçısı” medalları ilə təltif olunmuşdur.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад