Главная > Maraqlı > Sağlam həyat üçün narkomaniyaya yox deyək
Sağlam həyat üçün narkomaniyaya yox deyək21-07-2022, 21:25. Разместил: admin44 |
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının Tədbirlər Planına uyğun olaraq YAP Masallı rayon təşkilatı Yeddioymaq, Şıxlar, Viləş və Qızılağac ərazi partiya təşkilatlarının fəal partiya üzvləri ilə "Ağ ölümə qarşı mübarizəyə səndə qoşul!" devizi altında "Sağlam həyat üçün narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilmişdir. İlk öncə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə YAP Masallı Rayon Təşkilatının əməkdaşı Eldar Kazımov çıxış edərək cəmiyyətdə irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını qeyd edərək bildirdi ki, yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan "ağ ölüm"ə qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirləri Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının Tədbirlər Planına uyğun olaraq Masallı rayonunda mütəmadi olaraq həyata keçirilir. YAP üzvləri Surət Nuriyev, İlahə Quliyeva, Qalib Tahirov, Şahin Həsənov və 44 günlük Vətən müharibəsi iştirakçısı Amid Haciyev çıxış edərək bildirdilər ki, narkotiklərin insan orqanizminə məhvedici təsiri, doğurduğu faciələr, narkomaniya ilə mübarizənin uzunmüddətli və çoxşaxəli bir proses olduğu, bəzi gənclərin narkotik asılılığı girdabına yuvarlandığı barədə söz açaraq, gəncləri bu bəlanın qurbanına çevrilməməsi üçün narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılmasını və belə tədbirlərdə ictimaiyyət nümayəndələrinin və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etdilər. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |