Главная > Maraqlı > “Azad Şuşa” mövzusunda fəallarla görüş
“Azad Şuşa” mövzusunda fəallarla görüş21-07-2022, 21:27. Разместил: admin44 |
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2022-ci ilin “Şuşa” ili elan edilməsi ilə əlaqədar YAP Masallı Rayon Təşkilatı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatında “Azad Şuşa” mövzusunda fəallarla görüş keçirilmişdir. İlk öncə Ulu Öndər Heydər Əliyevin eləcədə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Görüşdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının əməkdaşı Cəlal Əliyev, Tarix-Düyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva, fəallardan Dilarə Hüseynova, Dilguşə Məmmədova, Rahiyə Qurbanlı, Səbinə İbrahimli və başqaları çıxış edərək Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açmışlar. Bildirilmişdir ki, Şuşa Azərbaycan mədəniyyətinin, xüsusilə musiqinin, muğam sənətinin beşiyidir. Şuşa Azərbaycan po¬eziyasının, ədəbi dilinin vətəni sayılır. Qarabağın tacı olan Şuşa Azərbaycan xalqı üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Ölkə Prezidenti cənab İlham Əliyev Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar 2022-ci ili məhz “Şuşa ili” elan etməsi çox mütərəqqi bir addımdır. Qeyd edilmişdir ki, Şuşa şəhəri 2020-ci ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuşdur. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazmışdır. Ali Baş Komandan İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini şərtləndirən əsas amillər olduğu bildirilmişdir. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |