Главная > Maraqlı > “Sözün gerçəyi daşdan keçər” mövzusunda tədbir

“Sözün gerçəyi daşdan keçər” mövzusunda tədbir


22-07-2022, 17:27. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyində 22 iyul Milli Mətbuat və Jurnalistika Günü, həmçinin Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat “ qəzetinin 90 illik yubileyi münasibəti ilə “Sözün gerçəyi daşdan keçər” mövzusunda tədbir keçirilib.

Tədbirdə “Yeni həyat” qəzetinin kollektivi, Masallı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Ceyhun Bəşirov, Masallı Regional Kollecin müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nazim Əliyev, ”Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov, Masallı rayon Ağsaqqallar şurasının sədr müavini, «Tərəqqi» medallı veteran jurnalist Əyyub Mehdiyev, Veteranlar şurasının nümayəndəsi Solmaz Rəsulova, Masallı Təhsil Fondunun üzvü Rəmzi Şahverdiyev, mədəniyyət işçiləri və rayon ziyalıları iştirak edib.

Əvvəlcə vətənin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eyni zamanda rayon mətbuatında çalışan ,dünyasını dəyişmiş jurnalist və yazarların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva 22 iyul Milli Mətbuat Günü və rayonumuzun mətbuat orqanı olan “Yeni həyat” qəzetinin 90 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək, qələm sahibi olan hər bir kəsə görəcəkləri işdə uğurlar arzuladı.
Muzeyin elmi işçisi Dilgüşə Məmmədova mövzu ilə bağlı geniş məruzə etdi.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat “ qəzetinin və eyni adlı saytın Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov, RİH yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev, Solmaz Rəsulova, tarix müəllimi Nazim Əliyev, «Yeni həyat» qəzetinin məsul katibi, Azərbaycan Jurnalistlər Birliyi Masallı rayon təşkilatının sədri Həsənağa Əliyev, ədəbi işçisi Akif Ağayev, gənc jurnalistlər Cəfər Cəfərov və Rəmzi Şahverdiyev, Təhmasib Məcidov, Lənkərandan qonaq gəlmiş Rəmiəli Caniyev çıxışlarında mətbuatın inkişafına göstərilən dövlət qayğısından və Azərbaycanı dünyada söz, insan hüquqlarına hörmət edən ölkə kimi tanınmasında mətbəə orqanının rolundan danışdılar.

Tədbirdə iştirak edən “Yeni həyat” qəzetinin kollektivi çalışdıqları peşənin çətin, maraqlı və onları özündə yaşadan xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Eyni zamanda mətbuat işçiləri dövlətin və cəmiyyətin onlara göstərdiyi qayğıya görə təşəkkürlərini ifadə etdilər.
Tədbirin sonunda “Yeni həyat” qəzetinin kollektivi muzeyin Fəxri fərmanı ilə təltif olunduqdan sonra ekspozisiya zalında təşkil olunan “Yeni həyat” qəzetinin 90 illik fəaliyyətini özündə əks etdirən sərgiyə baxış keçiriblər.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад