Главная > Maraqlı > Yaralı bozqır qartalı reabilitasiya klinikasına təhvil verilib

Yaralı bozqır qartalı reabilitasiya klinikasına təhvil verilib


10-01-2018, 19:35. Разместил: yeni321
 

Yaralı bozqır qartalı reabilitasiya klinikasına təhvil verilib

Xəbər verdiyimiz kimi, yanvarın 8-də mətbuatda Masallı rayonu Xırmandalı kənd sakini Anar Qurbanovun ona məxsus otlaq sahəsində yaralı qartal tapması ilə bağlı məlumat yayılıb. Məlumat əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları həmin quşu götürərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil veriblər.

Bir qanadından zədə alan qartalkimilər fəsiləsinə aid olan bozqır qartalına baytar həkimi müvafiq yardım göstərib. Reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.шаблоны для dle 11.2
Вернуться назад