Главная > Maraqlı > “Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi”

“Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi”


23-07-2022, 11:28. Разместил: admin44


İyulun 22-də Masallı rayon Heydər Əliyev Mərkəzində Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi” mövzusunda tədbir keçirilib.
Tədbirdə mədəniyyət işçiləri, media nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Ümummilli liderimiz Heydər Əliyev tərəfindən mətbuatın inkişafına dövlət qayğısı siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb.

Azərbaycan dövrü mətbuatının yaranma tarixi haqqında məlumat verən “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev Ulu Öndər Heydər Əliyevi milli mətbuatımızın bədii-tarixi funksiyasına artıq dəyər verən dövlət xadimi kimi xarakterizə edib. O, həmçinin bu il 90 yaşını qeyd edən “Yeni həyat” qəzetinin Masallının ictimai-siyasi həyatındakı rolundan danışıb.

Diskussiya şəklində davam edən görüşdə gənclərin media haqqında sualları cavablandırılıb.








“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад