Главная > Maraqlı > Şəhid Sübhan Həsənovun xatirəsi yad edilib

Şəhid Sübhan Həsənovun xatirəsi yad edilib


26-07-2022, 15:24. Разместил: admin44


Masallı rayonunda Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Həsənov Sübhan Rauf oğlunun doğum günündə xatirəsi anılıb

26 iyul 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları şəhidin xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.
Ziyarətçilər daha sonra şəhidin ailəsinə baş çəkiblər.

YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev şəhidin ailəsinə başsağlığı verərək dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib.
Şəhidin ailə üzvləri dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib və ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.








“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад