Главная > Maraqlı > Cənubda kino günləri

Cənubda kino günləri


26-07-2022, 19:19. Разместил: admin44

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Cənubda kino günləri” layihəsi çərçivəsində Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində “Titrəmə” (rejissor; Amil Amal), “Sizə məktub var” (rejissor; Məzahir Həşimov), “Dan yeli” (rejissor; Kamal Yaşar) adlı qısametrajlı filmlər nümayiş etdirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev iştirakçıları salamlayıb.
Tədbirdə çıxış edən “Cənubda kino günləri” layihəsinin prodüseri İntiqam Hacılı və Xalq artisti Qabil Mehdixanlı layihənin məqsədi və nümayiş etidirləcək filmlər haqqında qısa məlumat veriblər. Sonra filmlər nümayiş etdirilib.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycan filmlərini geniş ekranlarda yerli tamaşaçılara nümayiş etdirməklə kino həvəskarların son illərdə istehsal olunan, eləcə də, bəzi beynəlxalq kino festivallarda uğurlar qazanan filmlərimizi və rejissorlarımızı tanıtmaqdır.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад