Главная > Maraqlı > Masallıda avtomobillərə kobud konstruksiya dəyişikliyi edən və ictimai qaydanı pozan sürücülər həbs olunublar

Masallıda avtomobillərə kobud konstruksiya dəyişikliyi edən və ictimai qaydanı pozan sürücülər həbs olunublar


27-07-2022, 08:34. Разместил: admin44

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon sakini T.Talıbov və Bakı şəhər sakini Ə.Əlizadənin dəfələrlə xəbərdarlıq edilməsinə və barələrində qanunamüvafiq tədbirlər görülməsinə baxmayaraq, özlərinə məxsus avtomobillərə qanunsuz olaraq əlavə avadanlıq quraşdırmaqla və kobud konstruksiya dəyişikliyi etməklə digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları, ictimai qaydanı pozan hərəkətlərə yol verdikləri aşkarlanıb.

Həmin sürücülər saxlanılaraq onlarla profilaktiki söhbət aparılıb və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs səkkiz gün müddətində inzibati qaydada həbs olunub. Bu kimi nəzarət-profilaktiki tədbirlər bundan sonra da davam etdiriləcək.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад