Главная > Maraqlı > Yay şumu

Yay şumu


27-07-2022, 14:37. Разместил: admin44

Məhsul istehsalının yüksəldilməsi üçün həyata keçirilən ən mühüm  aqrotexniki tədbirlərdən biri də yay şumudur. Elə ki, taxıl biçini başa çatdı, bəzi tərəvəz sahələrinin məhsulu yığıldı yay şumu başlanır. Bəzən taxıl əkilən sahələr sentyabr-oktyabr aylarında şumlanır. Şübhəsiz belə torpaqları vaxtında əkinə də hazırlamaq olmur. Nəticədə məhsuldarlıq aşağı düşür, keyfiyyətə də təsir göstərir.

Bəs yay şumunun aqrotexniki müddəti hansı aylardır. Mütəxəssislər qeyd edirlər ki, yay şumu üçün vacib vaxt iyun-sentyabr aylarıdır. Yəni havalar istiləşəndə günəş torpağa hərarət verəndə bu tədbirə başlamaq gərəkdir. Şumlanmı sahəni günəş qızdıranda torpaqdakı bəzi zərərvericilər məhv olur, (torpaq) enerji yığır ki, bu da məhsuldarlığın yüksəlməsi üçün stimul yaradır.
Yay şumunu vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunmalıdır. Şum traktorları əsaslı təmir edilməli, yanacaq tədarük olunmalıdır.

Çox vaxt torpaq əkinə görə şumlanmır.  Xüsusilə tərəvəz əkilən torpaqlar çox dayaz şumlanır. Halbuki bu torpaqlar azı 20 santmetr dərinlikdə şumlanmalıdır. Taxıl sahələri biçildikdən sonra yandırılması da aqrotexnikaya ziddir.  Çünki torpaq yandırıldıqda  ondakı məhsuldarlığı yüksəldən elementlər məhv olur.

Yay şumunun vaxtında həyata keçirilməsi çox vacibdir. Odur ki, bu tədbir vaxtında və keyfiyyətlə həyata keçirilməlidir.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад