Главная > Maraqlı > Gündən-günə gözəlləşən Masallı

Gündən-günə gözəlləşən Masallı


28-07-2022, 10:52. Разместил: admin44

Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün sahələrdə uğura imza atıb. Bu uğurlar isə iqtisadiyyatımızı möhkəmləndirmiş, dövlətimizi qüdrətləndirmiş, xalqın rifahını yüksəltməyə rəvac vermişdir. Bu gün dünyada inkişaf etmiş ölkələrin sırasında Azərbaycanın da adı fəxrlə çəkilir. Dövlətin Regionların İnkişaf  Proqramının  həyata keçirilməsi nəticəsində ölkənin hər bölgəsində bu inkişaf özünü göstərir.
Çiçəklənən diyarlar içərisində doğma Masallımızın da öz yeri var.  Dövlətimizin başçısı,  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində  Masallı rayonu günbəgün gözəlləşir, abadlaşır, şəhər, qəsəbə və kəndlərdə yaraşıqlı yaşayış evləri ucalır, ticarət mərkəzləri, şadlıq sarayları ünvan tapır. Bu inkişafın fonunda parklar, bağ-bağçalar, xiyabanlar, yaşıllıqlar yaranır, Tanrının Masallıya bəxş etdiyi gözəlliklər – bir yanı dağ, meşə, bir yanı  Xəzər hüsnünü bəzəyir. Ancaq Masallının digər gözəllikləri sakinlərin əli ilə yaranır. Dövlətimizin qayğısı ilə hasilə gəlir. Masallı şəhəri bu gözəlliyin fonunda öz zövqoxşayan gözəlliyi ilə fərqlənir. Şəhərə daxil olar-olmaz Ulu Öndərin adını daşıyan prospekt, Bakı və Azərbaycan prospektləri, Bayraq Meydanı, neçə-neçə istirahət obyektləri adamı valeh edir. Hələ Heydər Əliyev, Xətayi, Nizami parklarının özünəməxsus görüntüləri  nə qədər qürürvericidir.

Əvvəllər bir neçə əyri-üyrü küçəsi olan Masallı şəhərinin indi 60-dan çox küçəsi var ki, onun 28-nə bu il asfalt döşənəcək. Yaraşıqlı, zövqoxşayan bardürlərlə əhatə edilmiş səkilər, ətrafında əkilmiş həmişəyaşıl ağaclar şəhərin gözəlliyini nə qədər artırır. Son illər kanalizasiya və su xətlərinin istifadəyə verilməsi şəhərdə səliqə-sahmana müsbət təsir göstərmişdir. Şəhər sakinləri abadlıq-quruculuq  işlərindən qürurlanaraq səliqə-sahmana diqqəti daha da artırırlar.

Seybətin, Ərkivan, Musakücə dairələrinin ətrafında əkilmiş gül-çiçəklərin xoş rahiyəsi adamı məst edir. Yaradılan qazonların yaşıl kolları, gül-çiçəyi hamını heyran  edir. Gecə işıqlarının nuru-ziyası şəhərin gecələrini gündüzə çevirib. Bərq vuran işıqlar uzaqdan Masallıya möhtəşəm görkəm verir.

Masallının bu günü gözəldir, sabahı bu günkündən də gözəl, yaraşıqlı, görkəmli olacaq. Hələ küçələrin asfaltlanması, hasarların aqlay üzlük daşları ilə bəzədilməsi, gözəl mozaik naxışlar onun gözəlliyini birə-on artıracaq.
Masallının gözəlliyi təkcə şəhərdə deyil, bütün kəndlərdə xoş ovqat bağışlayır. Min bir dərdin dərmanı olan  İsti su, onun meşələri, ətrafındakı istirahət mərkəzləri, Ərkivanda, Təzə və Köhnə Alvadıda, Mahmudavarda, Muğanın yaşayış məntəqələrində, Qəriblərdəki yaşayış evləri, istirahət mərkəzləri sabahımıza gedən yolu nurlandırır.

Masallı gözəlliklərini saymaqla qurtaran deyil. Dövlətimizin qüdrətlənməsindən bəhrələnən rayon gözəlliklərini, əsrarəngizliyini daha da artıracaq, yarımçıq qalmış asfaltlama, Viləş seyrangahında işlərin başa çatması, nəzərdə tutulmuş qazonların yaradılması gözəlliklərə gözəllik qatacaq. Onda hamı deyəcək: Baxın, görün, nə gözəldir Masallı, Masallı.
















İbrahim Məmmədhüseyn oğlu ŞÜKÜROV,                                                                                                             Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəal üzvü.                                                                                 Yazıda verilən fotolar istedadlı fotoqraf Elsevər Əliyevə məxsusdur.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад