Главная > Maraqlı > Qarabağa həyat yenidən qayıdır

Qarabağa həyat yenidən qayıdır


28-07-2022, 14:23. Разместил: admin44

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının tədbirlər planına uyğun olaraq YAP Masallı rayon təşkilatı aparatında  “Qarabağa həyat yenidən qayıdır” mövzusunda fəal gənclərlə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu Öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.  

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev açmış və bildirmişdir: “2020-ci ilin 27 sentyabrında silahlı qüvvələrimizin özünümüdafiə – əks-hücum əməliyyatları ilə başlayan II Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycanın tarixi qələbəsi ilə nəticələndi. Həmin gün Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyannaməyə əsasən işğalçı dövlətin məğlub ordusu qalan bölgələrimizi də tərk etməli, həmin ərazilər həqiqi sahiblərinə qaytarılmalı idi. Belə də oldu. Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi müstəvidə də qələbə qazandı. Bu tarixi hadisədən sonra Laçın, Ağdam və Kəlbəcər qan tökülmədən, güllə atılmadan Azərbaycana qaytarıldı. Azərbaycan xalqı həmin gecə – bəyannamənin imzalanmasın­dan sonra Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müraciətini heç vaxt unutmayacaq. Ölkə başçısı böyük qürur və fəxarət hissi ilə xalqa bəyan etdi ki, II Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Biz qalib xalqıq və 30 ilə yaxın müddətdir düşmən tapdağı altında olan ərazilərimiz işğaldan azad edildi.”

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, daha sonra Seyfəddin Əliyev qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərimizə, Qarabağımıza həyat yenidən qayıdır. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Bütün bunlar bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir.

Seyfəddin Əliyev Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsi bağlı köç prosesinin dövlətimizin başçısının birbaşa nəzarəti altında olduğunu bildirərərk qeyd etdi ki, ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürüləcək 41 ailə, təxminən 200 nəfər hər cür şəraitlə təmin olunacaqdır. Sədrin sözlərinə görə, Ağalıda məskunlaşacaq sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.

Təşkilat sədri nitqinin sonunda bildirdi ki, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Azərbaycan Prezidenti İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.

 Sonra partiya fəallarından Sarxan Əhmədov,  Lətifə Həsənova, Ruhil Alkişiyev və  başqaları çıxışlarında bildirdilər ki, xalqımız özünə, dövlətinə, ordusuna bütün varlığı ilə inanır. Qarabağa yenidən həyat qayıdır. Hər qarış torpağımızı başımızın tacı olub, göz bəbəyi kimi qorumalıyıq. Bundan sonra açılan hər sabahımız bütöv Azərbaycana açılacaqdır.









“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад