Главная > Maraqlı > Azərbaycan dili və əlifbası milli-mənəvi dəyərlərimizin ən qiymətli xəzinəsidir

Azərbaycan dili və əlifbası milli-mənəvi dəyərlərimizin ən qiymətli xəzinəsidir


29-07-2022, 17:15. Разместил: admin44

YAP Masallı Rayon Təşkilatı Masallı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan dili və əlifbası milli-mənəvi dəyərlərimizin ən qiymətli xəzinəsidir” mövzusunda YAP fəalları ilə görüş keçirmişdir.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının əməkdaşı Eldar Kazımov çıxış edərək bildirmişdir ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri vardır. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Eldar Kazımov çıxışında 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoymasından söz açaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edilməsi Ulu Öndər Heydər Əliyevin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Bədəlan tam orta məktəbinin müəllimi, Filoloq Məhbubə Şahbazova, Güllütəpə kənd tam orta məktəbinin müəllimi Rövşən Muxtarov və başqaları çıxış edərək Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalamasından, bütün çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilməsindən danışmışlar.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад