Главная > Maraqlı > 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü


1-08-2022, 17:39. Разместил: admin44

Xalqımızın milli varlığının əsas göstəricilərindən biri  ana dilimiz olan Azərbaycan dilidir.  Azərbaycan dili böyük inkişaf yolu  qədim və zəngin bir dildir.Azərbaycan dilinin dövlət statusu alması və milli atributlardan birinə çevrilməsində Ümumilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur.Onun xidmətləri nəticəsində dilimiz işlək dilə çevrilmiş,beynəlxalq əlaqələr sistemində böyük rol oynamışdır.Heydər Əliyevin Azərbaycana 1-ci rəhbərliyi dövründə(1969-1982)ana dilimizin inkişafında böyük uğurlar əldə olundu.Məhz Heydər Əliyevin səyi nəticəsində 1978-ci ildə qəbul edilmiş konstistusiyada Azərbaycan dili dövlət dili elan olundu.Bu həmin dövr və şərait üçün çox böyük idi.Azərbaycan Əlifbası da mürəkkəb inkişaf yolu keçmiş dəfələrlə dəyişikliklərə məruz qalmışdı.
           
1993-cü ildə Heydər Əliyevin Azərbaycanın prezidenti seçildi.Ümumilli liderin  ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu.Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi ulu öndərin öz doğma dilinə bağlılığını bir daha təsdiq etdi. Ümummilli liderin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i ölkəmizdə “Azərbaycan dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur.
     
Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı ana dilini unutmamalı və onun inkişafına tövhələr verməlidir.Müasr günümüzdə ana dilimizin inkişaf etdirilməsi üçün böyük işlər görülür. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”sərəncamını buna misal göstərə bilərik.
           
Hər bir xalqın milli mədəniyyəyinin əsas tərkib hissələrindən birini onun əlifbası təşkil edir. Azərbaycanda əlifba islahatının aparılmasında Afad Qurbanovun Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bu gün istifadə edilən Azərbaycanın yeni müstəqil əlifbanın müəllifi kimi böyük xidmətləri olub.İlham Əliyevin 9 aprel 2013-cü il tarixli 2837 nömrəli sərəncamlarına əsasən, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsinin, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub.

Artıq günü-gündən müasirləşən Dünyada hər bir azərbaycanlının borcudur ki,ana dilinə və əlifbasına hörmətlə yanaşsın və onu gələcək nəsilləri gözəl şəkildə çatdırsın.Çünki,həm də ana dilimiz Dünyanın müxtəlif nöqtələrində məskunlaşmış milyonlarla soydaşımızı bir-birinə bağlayan ünsiyyət vasitəsidir.
     


Elanora Babayeva,
Masallı şəhər 2 saylı məktəbin tarix müəllimi.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад