Главная > Maraqlı > Azərbaycan əlifbası və Azərbaycan dili günü

Azərbaycan əlifbası və Azərbaycan dili günü


2-08-2022, 18:57. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Tarix-Diyarşünaslıq Muzeyində 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə mədəniyyət işçiləri iştirak edib. Əvvəlcə vətənin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra muzeyin elmi işçisi Dilgüşə Məmmədova milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşması, inkişafı istiqamətində bu günə qədər dövlət tərəfindən atılan addımlardan danışıb. D.Məmmədova qeyd edib ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn uğurlu siyasətin nəticəsidir.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад