Главная > Maraqlı > “İnformasiya texnologiyalarının həyatımızda rolu”
“İnformasiya texnologiyalarının həyatımızda rolu”2-08-2022, 18:59. Разместил: admin44 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində “İnformasiya texnologiyalarının həyatımızda rolu” mövzusunda təlim keçirilib. “Gənclər davamlı inkişaf üçün” layihəsi çərçivəsində təşkil edilən təlim İnformasiya texnologiyaları üzrə təlimçi, GİKM-nin Astara nümayəndəliyinin əməkdaşı Emil Məmmədzadə tərəfindən təqdim olunub. Təlimlər zamanı “İnformasiya texnologiyalarının həyatımızda rolu”, “Təhsil və iş həyatında texnoloji resurslardan istifadə”, “Bulud yaddaş xidmətlərinin faydaları”, “Müasir texnologiya avadanlıqlarından səmərəli istifadə”, “VR texnologiyalarının tətbiqi və istifadəsi” kimi mövzulardan bəhs edilib. İnteraktiv keçən təlimdə müxtəlif enercayzerlər icra olunub. Məlumat üçün bildirək ki, layihə “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, GİKM və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə keçirilir. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |