Главная > Maraqlı > Masallıda “Vaxtın idarə olunması” mövzusunda görüş keçirilib.

Masallıda “Vaxtın idarə olunması” mövzusunda görüş keçirilib.


4-08-2022, 19:07. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin təşkilatçılığı ilə "Gəncdən gəncə" layihəsi çərçivəsində, Beyin Mərkəzləri-Vətənpərvərlik  komitəsinin sədri Zəhra Rəhimlinin təqdimatında keçirilən görüşdə “Vaxtın idarə olunması”, "To do listimizi necə düzəldək”, “Gün ərzində görüləcək işlərimizi necə planlayaq?”, “Düzgün vaxt bölgüsü necə olmalıdır?” kimi mövzulardan danışılıb.

Gənclər onlara verilmiş tapşırıqları komanda daxilində müzakirə edərək fikir mübadiləsi aparıb, enercayzerlər icra ediblər.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад