Главная > Maraqlı / Manşet > Masallıda şəhid Elçin Novruzovun doğum günü qeyd olundu

Masallıda şəhid Elçin Novruzovun doğum günü qeyd olundu


9-08-2022, 20:05. Разместил: admin44

09 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov və müavini Aybəniz Qafarova, aparatın şöbə müdirləri Qəşəm Hadıyev və Afəddin Kərimov, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər, ərazi sakinlərinin iştirakı şəhid Elçin Qismət oğlu Novruzovun məzarı ziyarət olunub, önünə çiçəklər düzülmüş, ruhuna dualar oxunub.

Tədbir iştirakçıları tərəfindən Öncəqala ərazisindən olan bütün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları da ziyarət olunub, ruhlarına dualar oxunub.

Sonra mərasim iştirakçıları şəhid Elçin Novruzovun yaşadığı evdə anası Şəhrəbanu Novruzovanı ziyarət ediblər. Şəhid anası və dayısı Vəli Nəsirov ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə minnətdarlıq bildiriblər.

Qeyd edək ki, Elçin Novruzov 9 avqust 1989-cu ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. 1996-2005-ci illərdə Masallı rayon Hüseynhacılı kənd tam orta məktəbində təhsil almışdır. 2005-2007-ci illərdə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbində təhsilini davam etdirmişdir.

Elçin Novruzov 2007-ci ildə Hava Hücumundan Müdafiə qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini Qaradağ rayon Şıxov qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə keçmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Elçin Novruzovi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir.Füzulinin azad edilməsi uğrunda döyüşlərdə vuruşmuşdur. Elçin Novruzov Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 16 noyabr 2020-ci ildə Masallı rayonunun Hüseynhacılı kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Elçin Novruzov ölümündən sonra «Vətən uğrunda», «Döyüşdə fərqlənməyə görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад