Главная > Maraqlı / Manşet > Masallıda “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi 10.08.2022

Masallıda “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi 10.08.2022


10-08-2022, 18:51. Разместил: admin44

10 avqust 2022 ci il tarixində “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi qazisi Həsənzadə Samir Rövşən oğlunu ziyarət ediblər. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirib.

Həsənzadə Samir Rövşən oğlu 20 Yanvar 1993 ci il tarixində Masallı rayonunun Musaküçə kəndində anadan olmuşdur. 1999-2010 ci illərdə Masallı rayon Musaküçə kənd F.Xancanov adına tam orta məktəbində təhsil almışdır. 2018 ci ilin Aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 23 Aprel 2019 ci il tarixində ordu sıralarından tərxis olunub.
Həsənzadə Samir Rövşən oğlu 29 sentyabr 2020-ci il tarixində ll Qarabağ Müharibəsində Qubadlı və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qazimiz Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşdə sol ayağından və sol gözündən ağır yaralanmışdır. Subaydır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Həsənzadə Samir Rövşən oğlu “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, "Cəsur Döyüşçü" və “Vətən Müharibəsi İştirakçısı” medalları ilə təltif olunmuşdur.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад