Главная > Maraqlı > Şuşanın tarixi-maddi mənəvi dəyərləri

Şuşanın tarixi-maddi mənəvi dəyərləri


12-08-2022, 19:14. Разместил: admin44

Avqustun 12-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa ili” nə həsr olunmuş “Şuşanın tarixi-maddi mənəvi dəyərləri“ mövzusunda növbəti tədbir keçirilib.
 
Tədbirdə mədəniyyət işçiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin üzvləri iştirak etdilər.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad eilib.
 
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Qarabağın tacı olan Şuşanın qədim, zəngin tarixi, özünəməxsusluğunu qoruyub saxlayan, böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmış şəhərimizdən və bu müqəddəs məkana getdiyi zaman gördüklərindən danışdı.
 
Sonra Muzeyun əməkdaşı Sevinc Əliyeva Şuşa şəhərinin tarixi abidələri və tanınmış şəxsiyyətləri ilə bağlı geniş məruzə edib.
Tədbirdə çıxış edən mədəniyyət işçisi Lətafət Əlirzayeva  Azərbaycanın Mədəniyyət Paytaxtı, dilbər güşəmiz Şuşada aparılan bərpa işlərindən və orada keçirilən dünya əhəmiyyətli mədəni tədbirlərdən danışdı.
 
Tədbir iştirakçıları yekunda muzeyin” Şuşa ili “ nə həsr olunmuş foto sərgisinə baxış keçirtdilər.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад