Главная > Maraqlı > Masallıda “Haqqa yüksələn səs” mövzusunda tədbir

Masallıda “Haqqa yüksələn səs” mövzusunda tədbir


12-08-2022, 19:17. Разместил: admin44

Masallı Tarix Diyarşünaslıq Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illik  yubileyi ilə əlaqədar “Haqqa yüksələn səs” mövzusunda tədbir keçirilib.

  Tədbirdə mədəniyyət nümayəndələri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı  nümayəndəliyinin gəncləri iştirak edib.

 İlk olaraq Vətən uğrunda çanından keçmiş şəhidlərin və  Azərbaycanın inkişafında müstəsna rolu olmuş içtimai xadimlərin və represiya qurbanların  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycanın İstiqlal şairi,xeyriyyəçi,İctimai xadim və vətəninə əsgər olmağı bacaran  Əhməd Cavadın  ömrü və yaradıcılığı bütün zamanlarda gənclərimizə örnək ola biləcək,milli şüur,vətənpərvərlik və yeniyitmələrin tərbiyyəsində əvəzsiz xəzinə olmasından danışdı.

 Sonra muzeyin baxıçısı Çingiz Qurbanov Əhməd Cavadın həyat və yaradıcılığı barədə geniş məruzə etdi.Muzeyin eimi-işçisi Dilgüşə Məmmədova ictimai xadim kimi yaşadığı dövrdə göstərdiyi siyasi xidmətlərdən məlumat verdi.

 Tədbirin sonunda Əhməd Cavadın sözlərinə bəstələnmiş mahnılar sazda ifa edildi.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад