Главная > Maraqlı > Şanlı qələbə sayəsində dünya ölkəmizin gücünü gördü.

Şanlı qələbə sayəsində dünya ölkəmizin gücünü gördü.


16-08-2022, 14:16. Разместил: admin44

44 günlük müharibə kimi tarixə yazılan  Vətən müharibəsi,  xalqımızın birlik və mərdlik simvolu kimi dünyanı silkələdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra, qəhrəman hərbçilərimizin şücayəti sayəsində, 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Torpaqların azadlığı uğrunda savaşda xalqımız milli həmrəylik, ordumuz rəşadət nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyəti, xalq və ordunun sarsılmaz birliyi, əsgər və zabitlərimizin Vətən sevgisi sayəsində xalqımızın illərdir yaşadığı yurd həsrətinə son qoyularaq,  Azərbaycanın ərazi bütövlüyü tbərpa  edildi.
       
Vətən müharibəsindən sonra bütün dünya ölkələri Azərbaycan xalqının, onun ordusunun nəyə qadir olduğunu dərk etməyə başladı. Hər bir xalqın güçlü olması onun güçlü bir lideri olmasından xəbər verir. Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxil və xarici siyasəti, ölkəmizdə yaradılan əmin-amanlıq, gənclərimizin vətənpərvər bir övlad kimi yetişməsinin nəticəsi olaraq sonda neçə illər düşmən işğalına məruz qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Bu bir daha bütün dünyaya Azərbaycan xalqının güclü  bir xalq olduğunu  sübut etdi. Nəticədə Azərbaycan xalqının  30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Tarixi ədalət bərpa olundu. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı dövlət-xalq-ordu birliyi yaratdı.

BMT Təhlükəsizlik Şurasının 27 ildir icra olunmayan qətnamələri yerinə yetirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Ali Baş Komandan cənab İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu şanlı qələbə Azərbaycan xalqı  haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.  Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.  Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.



Oktay Mütəllimov,
YAP Masallı rayon təşkilatı Gənclər və İdman İdarəsi
ərazi partiya təşkilatının sədr müavini.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад