Главная > Maraqlı > Masallıda yaşıllıqlara qulluq göstərilir

Masallıda yaşıllıqlara qulluq göstərilir


18-08-2022, 19:50. Разместил: admin44

Masallı şəhərində isti yay günlərində mövcud yaşıllıqlara qulluq göstərilməsi məsələləri ciddi nəzarətdə saxlanılır.
Şəhərimizdə prospektlər, küçələr, yol kənarlarında, park və istirahət mərkəzlərində və digər yerlərdə əkilmiş ağaclara, salınan yaşıllıqlara lazımi qulluq göstərilməsi üçün Masallı Yaşıllaşdırma Müəssisəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Yayın isti günlərinndə qulluğun effektivliyini yüksəltmək üçün ağacların və digər yaşılllıqların, yol kənarları və parklardakı qazon örtüyünün səhər və axşam saatlarında suvarılması aparılır.
İşlər çərçivəsində yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə də gündəlik qulluq göstərilir, güllər və gül kolları mütəmadi olaraq sulanır.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад