Главная > Maraqlı > Ürəklərdə yaşayan Xalq şairi Mirvarid Dilbazi

Ürəklərdə yaşayan Xalq şairi Mirvarid Dilbazi


19-08-2022, 19:18. Разместил: admin44

19 avqust 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edərək görkəmli şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verən kitabxananın əməkdaşı G.Piriyeva diqqətə çatdırıb ki, poeziyaya bağlı öz ömrünü ədəbiyyatımızın daha da zənginləşməsinə həsr edən Mirvarid Dilbazi özündən sonra çox zəngin irs qoyub. Onun şeirləri milli-mənəvi dəyərlərimizin mayasından qidalanmış və müəllifə böyük şərəf gətirmiş, el məhəbbəti qazanmışdır.

Sonra çıxış edən kitabxananın digər əməkdaşı Arzu Hüseynova qeyd edib ki, Şairənin müxtəlif illərdə çapdan çıxan “Bizim səsimiz”, “Vətən eşqi”, “Sənətkarın xəyalı”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri” və başqa kitablarında xalqımızın tarixi və müqəddəs dəyərləri, xalqa bağlılıq duyğuları böyük məhəbbətlə tərənnüm edilir.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад