Главная > Maraqlı > Masallıda şəhid ailəsi ziyarət olundu

Masallıda şəhid ailəsi ziyarət olundu


20-08-2022, 17:48. Разместил: admin44

20 avqust 2022-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin həkim-kardioloqu İlqar Ramizoğlu və Millət Vəkili Məşhur Məmmədovun nümayəndəsi Rəmzi Şahverdiyev Masallı rayonu Ləngan kəndində yaşayan Birinci Qarabağ müharibəsi şəhidi Musayev Murad Qurbanəli oğlunun ailəsini ziyarət edib, ailənin qayğı və problemləri ilə maraqlanıblar.

Ziyarət zamanı dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışılıb. Şəhidin anası 1952-ci il təvəllüdlü Musayeva Ruqiyyə Ağabala qızının sağlamlığı yerindəcə müayinə edilib.  

Şəhidin anası Ruqiyyə Musayeva ona göstərilən diqqət, qayğı və dəstəyə görə ölkə rəhbərliyinə, Rayon İcra Hakimiyyətinin başçısına və Millət Vəkili Məşhur Məmmədova öz minnətdarlığını bildirib.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад