Главная > Maraqlı > Masallıda tədbir: Xan qızı. Xurşidbanu Natəvan...

Masallıda tədbir: Xan qızı. Xurşidbanu Natəvan...


23-08-2022, 18:47. Разместил: admin44

23 avqust 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında YAP Masallı Rayon Təşkilatının ərazi partiya təşkilatı və kitabxananın birgə təşkilatçılığı ilə 2022-ci il “Şuşa İli” ilə əlaqədar Xurşudbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Xan qızı - Xurşidbanu Natəvan” başlığı altında keçrilən tədbirdə ədibin həyat yolu və poetik yaradıcılığının məziyyətləri barədə məruzə və çıxışlar dinlənilib.

YAP Masallı Rayon Təşkilatının əməkdaşı Eldar Kazımov tədbirdə çıxış edərək bildirib ki, Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətinə, elm və incəsənətinə görkəmli şəxsiyyətlər, dühalar yetişdirməklə yanaşı milli poeziyamıza Natəvanın timsalında mahir həmçinin qüdrətli qələm sahibləri bəxş etmişdir.

Tədbirdə kitabxananın əməkdaşı Arzu Hüseynova məruzə ilə çıxış edərək Xan qızı Natəvanın keşməkeşli və iztirablı həyat yolundan, taleyin ona yaşatdığı sınaqların poetik yaradıcılığına olan təsirindən söhbət açıb.
Sonra növbəti məruzəçi Rasif Dadaşov öz çıxışında Natəvan poeziyasının özünəməxsus dərin lirikanı, yüksək humanizm ideologiyasını ön plana çıxardığını, şeirlərində ifadə etdiyi mənəvi ucalıq anlayışları və sevinclə kədərin vəhdət təşkil etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад