Главная > Maraqlı > Masallıda Şəhid Raqib Əzizovun doğum günü qeyd olundu

Masallıda Şəhid Raqib Əzizovun doğum günü qeyd olundu


29-08-2022, 17:38. Разместил: admin44

29 avqust 2022-ci il tarixdə Masallı rayon Mərkəzi kitabxanasında şəhid Raqib Əzizovun doğum gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən kitabxana əməkdaşları Rasif Dadaşov və Arzu Hüseynova bildiriblər ki, dövlətimiz və millətimizin misli görünməyən vəhdəti nəticəsində 44 günlük Vətən savaşı möhtəşəm tarixi qələbə ilə nəticələndi.

Kitabxananın əməkdaşı Arzu Hüseynova öz məruzəsində diqqətə çatdırıb ki, bu xoşbəxtliyi, qüruru bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qəhrəman əsgər və zabitləri yaşatdı. Belə qəhrəman oğullarımızdan biri də şəhid Raqib Əzizov idi.

Qeyd edək ki, Raqib Vidadi oğlu Əzizov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, «Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад