Главная > Maraqlı > Masallıda Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə həsr olunmuş tədbir

Masallıda Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə həsr olunmuş tədbir


29-08-2022, 17:41. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik şükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva Çingiz Mustafayevin Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradığını, ölkənin döyüş gedən bölgələrindən xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar hazırladığını qeyd edib.  Həmçinin Aynur Tağıyeva bildirib ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Cingiz Mustafayevin çəkdiyi kadrların böyük rolu vardır.

Sonda gənclərin Çingiz Mustafayev haqqında olan fikirləri dinlənilib, videoçarxa baxılıb.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад