Главная > Maraqlı > Masallı şəhərində payız-qış mövsümünə hazırlıq

Masallı şəhərində payız-qış mövsümünə hazırlıq


29-08-2022, 17:43. Разместил: admin44

Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi qarşıdan gələn payız-qış mövsümü ilə əlaqədar müxtəlif tədbirlər görməyə başlamışdır. Kollektiv bu məqsədlə suaparıcı arxları təmizləyir, şəhər sakinlərinin qadağan olunmuş yerlərdə yaratdıqları zibilliklərin təmizlənməsini davam etdirir.

Birliyə bu günlərdə daha 20 ədəd məişət tullantıları yeşiyi gətirilmişdir ki, bu yeşikləri şəhərin Heydər Əliyev prospekti, Qarabağ, Füzuli və Səfəralı Məmmədov küçələrində qoyulması nəzərdə tutulmuşdur.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад