Главная > Maraqlı > Masallıda Şəhid çavuş Namiq Bağırovun doğum günü qeyd olundu

Masallıda Şəhid çavuş Namiq Bağırovun doğum günü qeyd olundu


30-08-2022, 17:30. Разместил: admin44

30 avqust 2022-ci il tarixdə Masallı rayon Çaxırlı kəndində Vətən müharibəsi şəhidi Namiq Nurəddin oğlu Bağırovun doğum günü qeyd olundu.

Şəhidin doğum günündə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Yeni Azərbaycan Prtiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisinin Deputatı Məşhur Məmmədovun köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak etmişdir.

Tədbir iştirakçıları ilk öncə Şəhid Namiq Bağırovun məzarını ziyarət etmiş və ruhuna dualar oxumuşlar.

Sonra ölkəmizin ərazi bütövlüyü uğrundan canından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir iştirakçıları şəhidin Vətən müharibəsindəki qəhrəmanlıqlarından söhbət açmışlar. Sonda şəhidin adına ehsan süfrəsi açılmışdır.

Qeyd edək ki, Şəhid Namiq Nurəddin oğlu Bağırov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Kamandan, Cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.






“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад