Главная > Maraqlı > Masallıda xırda buynuzlu mal-qara peyvəndlənir

Masallıda xırda buynuzlu mal-qara peyvəndlənir


30-08-2022, 17:43. Разместил: admin44

Respublikanın böyük heyvandarlıq təsərrüfatlarından olan Masallı rayonunda 93 min başdan çox xırda buynuzlu mal-qara mövcuddur.

Rayonun zoobaytar mütəxəssisləri mal-qaranın sağlamlığını qorumaq, məhsuldarlığını artırmaq üçün peyvəndləməyə xüsusi diqqət yetirirlər. İlin əvvəlindən işə başlayan baytarlar xırda buynuzlu mal-qara arasında qara yara və bruselyoza qarşı peyvəndləməni başa çatdırmışlar.
Masallı Baytarlıq İdarəsindən verilən məlumata görə rayonun Boradigah qəsəbəsi, Güllütəpə, Köçəkli və Ərəb kəndlərində peyvəndləmə vaxtında həyata keçirilir.


“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад