Главная > Maraqlı > Masallıda "Kişilər bərabərlik üçün danışır” mövzusunda seminar

Masallıda "Kişilər bərabərlik üçün danışır” mövzusunda seminar


31-08-2022, 23:30. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində Avropa İttifaqının maliyyə dəstəyi BMT-nin Əhali Fondunun təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı “Kişilər Gender Bərabərliyi Uğrunda- Men For Gender Equality” virtual platformasının dəstəyi ilə “Kişilər bərabərlik üçün danışır #mentalkforequality” adlı seminar keçirilib.

Gender eksperti Cavid İmamoğlu və fəlsəfəşünas Təbriz Qasımovun təqdimatında keçirilən seminarda “Cəmiyyətdə gender bərabərliyinin təmin olunması”, “Gender problemləri”, “Qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması”, “Gender bərabərliyində 3D modulu”, “Gender əsaslı zorakılıq”, “Gender və cins”, “Cinslər arası münasibətlər”, “Qadın və kişilərin hüquqları”, “Düşüncə və davranış” kimi mövzulardan söhbət açılıb.

Müzakirə formatında keçən seminar zamanı iştirakçılar sadalanan mövzular ətrafında öz fikirlərini səsləndirib gender problemlərinin aradan qaldırılması mövzularından danışıblar.






“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 

шаблоны для dle 11.2
Вернуться назад