Главная > Maraqlı > Masallıda “İnsan Alverinin Qurbanı Olma!” mövzusunda maarifləndirici tədbir
Masallıda “İnsan Alverinin Qurbanı Olma!” mövzusunda maarifləndirici tədbir31-08-2022, 23:30. Разместил: admin44 |
31 avqust 2022-ci il tarixində “Masallı Gənclər Evi” SXM-nin və Masallı rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “İnsan Alverinin Qurbanı Olma!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə “Masallı Gənclər Evi” SXM-nin Direktoru Fuad Mənsimov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı rayon Polis Şöbəsinin inspektoru Kapitan Samit Əliyev, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Rayon Tarix-diyarşünaslıq muzeyinin Direktoru Əntiqə Tağıyeva, və bir qrup gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov tədbirdə iştirak edən qonaqları və gəncləri salamlayaraq, bu kimi tədbirlərin gənclər arasında silsilə olaraq keçirilməsinin vacib olduğunu qeyd edib. Tədbirdə çıxış edən qonaqlar müasir dövrümüzün ən aktual problemlərindən biri olan insan alveri anlayışı, insan alveri qurbanları, insan alverlərinin ağır nəticələri, qurbanların sosial və hüquqi müdafiəsi, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Qeyd olunub ki, İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir. İnsan alverinin qurbanları kişi, qadın və həm də uşaqlar ola bilər. Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “Ev” köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədi ilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir. Sonda gənclərin sualları cavablandırılıb. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |