Главная > Maraqlı > Masallıda Şəhid Elmir Akifzadənin doğum günü qeyd olunub

Masallıda Şəhid Elmir Akifzadənin doğum günü qeyd olunub


1-09-2022, 17:14. Разместил: admin44
Masallı rayon Banbaşı kəndində Vətən müharibəsi Şəhidi Akifzadə Elmir Gündüz oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Tədbirdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri Şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад