Главная > Maraqlı > Masallıda Aprel Şəhidi Firdovsi Bağırzadənin doğum günü qeyd olunub

Masallıda Aprel Şəhidi Firdovsi Bağırzadənin doğum günü qeyd olunub


1-09-2022, 17:16. Разместил: admin44

Masallı rayon Güllütəpə kəndində Aprel döyüşlərində Şəhidlik zirvəsinə ucalan Bağırzadə Firdovsi Əliş oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Tədbirdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, YAP Masallı rayon təşkilatının fəalları, şəhid ailələri, ziyalılar, ağsaqqallar, gənclər və kənd sakinləri şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə tər gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar.

Tədbir iştirakçıları şəhidin Aprel döyüşlərindəki sücaətindən söhbət açmışlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад