Главная > Maraqlı > Masallıda idmançılarla ideoloji-maarifləndirici görüş

Masallıda idmançılarla ideoloji-maarifləndirici görüş


1-09-2022, 17:40. Разместил: admin44

Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması ilə əlaqədar tədbirlər davam edir.

Sentyabrın 1-də, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan təbliğat qrupu tərəfindən rayonda bədən tərbiyəsi və idmanın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsi, gənclərin idmana həvəsinin artırılması və zərərli vərdişlərdən yayınması mövzusunda yeniyetmə və gənc idmançılarla ideoloji-maarifləndirici görüş keçirilib.

 “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində rayon idman ictimaiyyətinin, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunan tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açıb. O, qeyd edib ki, maarifləndirici tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin formalaşması, onların asidə vaxtlarının səmərəli təşkili, gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacib olan idmanın kütləviliyi və sağlam həyat tərzinin təbliğidir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Gənclərimiz arasında vətənpərvərlik ruhunun yüksəlməsi, gənclərin torpağa, Vətənə bağlılıq, dövlətçilik, azərbaycançılıq ideyaları əsasında əsl vətənpərvər kimi yetişməsi məhz bu məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Necə ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli ordumuz və qəhrəman əsgərlərimzin sayəsində qazandığımız, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan böyük Zəfərimizə gənclərimizin fədakarlığı ilə nail olduq...”    

Sağlam gələcəyimiz naminə sağlam cəmiyyətin dövlətimizin strateji məqsədi olduğunu diqqətə çatdıran Seyfəddin Əliyev idmanın hər bir insanda Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətləri tərbiyə etdiyini gündəmə gətirib.  

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan idmanın yeni mərhələyə qədəm qoyduğunu, yeni zirvələr fəth etdiyini, o cümlədən Masallı idmançılarının bu il respublika və beynəlxalq yarışlarda qazandığı uğurlar barədə məlumat verib.  

Respublikanın Əməkdar məşqçisi Xanağa Quliyev qalib Azərbaycanın məğrur gənclərinin idman arenalarındakı silsilə qələbələri ilə yanaşı 44 günlük Vətən müharibəsində göstərdikləri şücayətdən danışıb.

«Azinfo.az» xəbər portalının rəhbəri Rauf Cəbiyev, Kolatan kənd tam orta məktəbinin direktor müavini Şəhriyar Bayramov yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durması yönümündə təbliğatın, bu cür maariflənirici görüşlərin önəmliyini vurğulayıblar.

Tədbiri RİH başçısının müavini Aybəniz Qafarova yekunlaşdırıb.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад