Главная > Maraqlı > Masallı rayon sakinindən narkotik vasitələr götürülüb

Masallı rayon sakinindən narkotik vasitələr götürülüb


6-09-2022, 16:30. Разместил: admin44

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini Y.Əmiraslanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, şəxsi axtarış zamanı ondan 15 qrama yaxın marixuana və 5 qrama yaxın metadon aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “VAZ-2107” markalı avtomobildən isə əlavə 2 kiloqramdan artıq marixuana götürülüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад