Главная > Maraqlı > Masallıda "Sehrli barmaqların möcüzəsi" adlı tədbir

Masallıda "Sehrli barmaqların möcüzəsi" adlı tədbir


6-09-2022, 17:00. Разместил: admin44

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli tarzən, xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova unudulmaz incəsənət xadiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Sonra məruzə edən kitabxananın əməkdaşı Aidə Quliyeva Ə. Bakıxanovun "Azərbaycan xalq rəngləri" , "Azərbaycan ritmik muğamları", "Muğam, mahnı, rəng" kimi not nəşrlərinin müəllifi olduğunu diqqətə çatdırıb.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад