Главная > Maraqlı > Qaz ixracı artır

Qaz ixracı artır


7-09-2022, 09:01. Разместил: admin44


Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfər etmişdir.Səfər zamanı aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətlərinin getdikcə daha da şaxələndiyini təsdiqləyir. Məlum olduğu kimi cənab İlham Əliyev 2005, 2008, 2014, 2015 və 2020-ci illərdə İtaliyaya rəsmi səfərlər edib. İndiki işgüzar səfərin məqsədi isə Prezidentin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında  strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair imzalanmış Birgə Bəyannamənin icrası prosesində məsələlərin müzakirəsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticələrə yönəlmiş sonrakı addımların müəyyən edilməsi idi.  
 
İlk olaraq İtaliya Prezidenti Sercio Mattarellanın dörd il əvvəl, 2018-ci ilin iyul ayında ölkəmizə etdiyi rəsmi səfəri xatırladan  Cənab Prezident imzalanan sənədlərin əhəmiyyətini dəyərləndirdi. Budəfəki işgüzar səfər zamanı isə ikitərəfli gündəliyə yeni və çox mühüm məsələlər əlavə edilib. Bunlardan biri də Azərbaycanın Avropanın enerji təminatçısı kimi rolunu dəyərləndirən İlham Əliyev dedi ki, hələ illər öncə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı çətin dövrlərdə Avropa bazarlarına çıxmağa nail olub. Bu, əlbəttə ki, asan başa gəlməyib. Çünki açıq dənizə çıxışı olmayan bir ölkənin Avropa və dünya bazarına çıxması üçün ixrac kəmərlərinə ehtiyacı var idi. Məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan bu istəyini reallığa çevirə bildi. 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət oldu. Azərbaycan strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkməklə dünya bazarına enerji tədarükünü şaxələndirdi. Avropanın enerji xəritəsini dəyişdirməyi bacardı. Bu gün isə Azərbaycanın həyata keçirdiyi qlobal-miqyaslı layihələr ölkəmizə siyasi və iqtisadi dividendlər gətirməkdədir.
Bu sahədə də ilk əməkdaşlıq məhz İtaliya ilə qurulub və artıq ölkəmiz uzun illərdir İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqdadır. Azərbaycan İtaliyaya neft tədarükünə görə birinci, qaz tədarükünə görə isə üçüncü yerdədir. "Cənub qaz dəhlizi" və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Qəməri (TAP) ikitərəfli enerji əməkdaşlığının və İtaliyanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm amildir.
Azərbaycanın qaz ethiyatlarından da söz açan cənab İlham Əliyev bu il qazın həcminin daha da artırılması və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac edilməsinin planlaşdırıldığını vurğuladı.

 Bu gün Azərbaycan Avropa dövlətlərinin böyük əksəriyyətinin enerji təchizatçısına çevrilməkdədir. Ötən ay Azərbaycanla Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması isə Azərbaycanın enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addım hesab olunur. Azərbaycan Prezidenti  bu memorandumu enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynadığını da qeyd edərək bildirdi ki, Azərbaycan məhz bu sənədə əsaslanaraq  Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Əlbəttə ki, ölkəmizin potensial qaz ehtiyatları da təsdiq edir ki, Azərbaycan bunu da reallaşdırmaq iqtidarındadır.   Bütün ölkələr görür ki, Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Məhz bu səbəbdən də aparıcı dövlətlər və təşkilatlar dünyanın enerji təminatçısı olan Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar.



Seyfəddin Əliyev,
YAP Masallı rayon təşkilatının sədri.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад