Главная > Maraqlı > “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində Mehdiyev Ülvi Nizami oğlunu ziyarət

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində Mehdiyev Ülvi Nizami oğlunu ziyarət


8-09-2022, 18:27. Разместил: admin44

08 avqust 2022-ci il tarixində “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi qazisi Mehdiyev Ülvi Nizami oğlunu ziyarət ediblər.

Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirdi.
Mehdiyev Ülvi Nizami oğlu 13 Avqust 2000-ci il tarixində Masallı rayonunun Ağakişibəyli kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Masallı rayon şəhid Qəhrəman İsmayılov adına tam orta məktəbində təhsil almışdır. 2019-2020-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib.

Mehdiyev Ülvi Nizami oğlu 27 sentyabr 2020-ci il tarixində ll Qarabağ Müharibəsində Talışkənd, Suqovuşan, və Ağdərə istiqamətlərinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qazimiz Suqovuşanın azadlığı uğrunda gedən döyüşdə ayağından ağır yaralanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Ülvi Nizami oğlu Mehdiyev “Suqovuşanın azad olunmasına görə”, “Vətən Müharibəsi İştirakçısı” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunmuşdur.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад