Главная > Maraqlı > Masallıda Şəhid Niyaməddin Sultanzadənin doğum günü qeyd olundu

Masallıda Şəhid Niyaməddin Sultanzadənin doğum günü qeyd olundu


10-09-2022, 17:41. Разместил: admin44

Masallı şəhərində Vətən müharibəsi Şəhidi Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar və şəhər sakinləri iştirak etmişlər.

İlk öncə tədbir iştirakçıları Şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад