Главная > Maraqlı > Masallıda tədbir: Şəhidlik ən uca və müqəddəs zirvədir
Masallıda tədbir: Şəhidlik ən uca və müqəddəs zirvədir12-09-2022, 18:20. Разместил: admin44 |
Masallı rayon Mərkəzi Kitabxanasında şəhid Niyaməddin Sultanzadənin anadan olmasının 24 illiyinə həsr olunmuş “Şəhidlik ən uca və müqəddəs zirvədir” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva Niyaməddin Sultanzadənin keçdiyi şərəfli döyüş yolu haqqında iştirakçılara geniş məlumat verərək, torpaq uğrunda canından keçən mərd oğulların gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğnu vurğulayıb. Qeyd edək ki, Sultanzadə Niyaməddin Hüsaməddin oğlu 1998-ci il sentyabrın 10-da Masallı şəhərində anadan olub. 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsinə könüllü qoşulub. Cəbrayıl və Füzuli rayonlarının erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. Noyabrın 6-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Kino-operator Elsevər Əliyev Vətən aşiqi Niyaməddin Sultanzadə haqqında “Zirvənin sakini” adlı sənədli film ərsəyə gətirib. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |