Главная > Maraqlı > Masallıda “İnsan alveri və məcburi əmək cinayətlərinə qarşı mübarizə” mövzusunda maarifləndirilmə tədbiri

Masallıda “İnsan alveri və məcburi əmək cinayətlərinə qarşı mübarizə” mövzusunda maarifləndirilmə tədbiri


14-09-2022, 16:20. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyi “ Azərbaycan Respublikasında İnsan alverinə mübarizəyə dair 2020-2024-cü illər üçün Fəalliyyət Planı” a əsasən “İnsan alveri və məcburi əmək cinayətlərinə qarşı mübarizə” mövzusunda maarifləndirilmə tədbiri keçirilib.
 Tədbirdə Gənclər İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı şöbəsinin nümayəndələri iştirak etdilər.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbiri çıxış sözü ilə acan muzeyin direktoru Tağıyeva Əntiqə insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar və bu şəkilli problemlərin qarşısının alınması üçün güclü qanun- vericilik, dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin özü, xüsusilə vətəndaş cəmiyyətin adekvat reaksiyası, yalnız və yalnız birgə səylərlə daha əməli ,daha doğru nəticə əldə etmək mümkündür dedi. Ə. Tağıyeva adıçəkilən məsələlərə qarşı mübarizədə ən gözəl vasitə olan elmi və savadlı cəmiyyətinin olduğunu söylədi.

Tədbirin sonunda gənclərin mövzu ilə bağlı sualları cavablandırıldı.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад